Şəki rayon ruhi əsəb xəstəlikləri dispanserində ölüm hadisəsi baş verib.
Hadisə noyabrın 11-i baş verib. Dispanserdə müalicə alan, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Telman Zeynullah oğlu Məmmədovun halı qəfildən pisləşib və o həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır.