Əl əsmək parkinson xəstəliyidir? Sükan arxasında əlləriniz əsir?

670

Parkinson dünyada ən təhlükəli xəstəliklərdən biri sayılır. Parkinson xəstəliyi yaşlı insanların problemi kimi xarakterizə olunur. Mütəxəssislər parkinsinsonun geniş yayıldığını və gənclər arasındada rast gəlindiyini bildirirlər. bəs, Bu xəstəliyinin siptomları nələrdir?

“parkinson xəstəliyi genetikdir”

Gizli başlayan nevroloji əlamətlər, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpırsa, yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma varsa həyəcan təbili çalmağa dəyər. Bu parkinson xəstəliyinin ilkin əlamətləri ola bilər.  Mütəxəssilərin sözlərinə görə elə ölkəmizdə də parkinson xəstələrinin sayında artım müşahidə olunur. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.  Bəs hər əli əsən insan parkinsondurmu?

Ülviyyə Səlimova – nevroloq-refleksoterapevt

Nəzərə alsaq ki, parkinson xəstələrinin sayında artım nəzərə çarpacaq qədər yüksəkdir, o zaman bu xəstəliyin yaranma səbəblərini də araşdırmaq lazımdır. Həkim Ülviyyə Səlimovanın sözlərinə görə qəbul etdiyimiz qidalar, toksiki metallarla bədənimizin yüklənməsi buna səbəb ola bilir.

Xəstəliyin genetik faktorlarinin da olmasini nəzərə alsaq genetikasında bu xəstəliyi olan insanlar özəlliklə diqqətli olmalıdırlar.

5/5 - (1)
Söhbətə başla
Bizə yazın
Salam