“Dializ müalicəsində olmanız sizin övlad sahibi olmağınız üçün maneə deyil”.
Bu fikirləri həkim endokrinoloq Fərhad Burzu bildirib.
Onun sözlərinə görə, uremiya kişilərdə həm potensiyaya, həm də spermatogenezə təsir etsə də sizin dünyaya normal övlad gətirməniz realdır.
Kişilərdə olduğu kimi, qadınlarda da uremiya həm libidoya, həm də reproduktiv qabiliyyətə təsir edir. Lakin bir cox xanımlarda heç bir pozğunluq olmaya da bilər. Bu cür pozğunluqları olan qadınlar isə çox asan şəkildə müalicə olunaraq ana ola bilər.
Onun sözlərinə görə, dializ xəstəsi ana ola bilər, amma ideal olanı hamiləliyi böyrək köçürəndən sonraya planlamaqdır.
Böyrək köçürənlər isə bilməlidir ki, ilk 1 ildə hamiləlik tövsiyə olunmur. Bu dövürdə hamiləlikdən qorunmaq mütləqdir.
Zeynəb Müzəffərli