İnsan dərisində yayğın müşahidə olunan bir bakteriya məlum olan bütün antibiotiklərə müqavimət göstərə bilir.
Bununla bağlı Avstraliyanın Melbörn universitetində tədqiqat aparılıb. Mütəxəssislər “staphylococcus epidermidis” adlı bakteriyanın fərqli antibiotik formalarına kütləvi şəkildə müqavimət göstərən növləri olduğunu müəyyənləşdiriblər.
Avstraliyada 2012-ci ildə bir xəstədə müşahidə olunan super bakteriya üzərində 6 il müşahidə aparılıb.
Xəstəxana infeksiyalarına da səbəb olan super bakteriyanın 10 ölkədə 79 səhiyyə mərkəzində müşahidə olunduğu bildirilib.
Araşdırmaçılar ifrat səviyyədə və nəzarətsiz antibiotik istifadəsinin bakteriyaları dərmanlara qarşı daha da immunitetli hala gətirdiyinə diqqət çəkirlər.