Əvvala qeyd edək ki, 35 yaşından sonra qadın yumurtalıqları öz-özünü yox etməyə başlayır. 38 yaşından sonra isə bu proses sürətlənir və 45 yaşında bitir. Bu səbəbdən qadınların vaxtında ailə qurmağı vacibdir, və 35 yaşdan gec olmalı deyil.
MedicalMedia.az xəbər verir ki, Ginekoloq Cərrah Emin Haqverdiyev zaman keçdikcə süni mayalanma etdirən pasiyentlərin sayı artırdığını deyir. İndiki dövürdə süni mayalanma adi prosedurlardan biri hesab edilir. Süni mayalanma sonsuzluğun yardımçı reproduktiv vasitələrlə aparılan müalicə üsullarından biridir. Həkimin sözlərinə görə, əlli, altmış yaşı olanlar ana ola bilər.
“64 yaşında xəstəmiz var idi, ana oldu. Eyni zamanda altmış bir yaşında xəstəmiz var idi o da ana olub. Hətta 59 yaşında qadın yaxın zamanlarda artıq ana olacaq. Bütün rekordlar demək olar bizdə di”,-o qeyd edib.
Şahnun