“Bu gün Azərbaycanda ailə psixoloqlarının olmamamsı boşanma hallarının günü -gündən çoxalması ilə nəticələnir”
Bunu MedicalMedia.az-a açıqlamasında Psixoloq Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, hər bir boşanmanın özünün fərdi səbəbləri var. Eyni zamanda erkən nikah, valideynlərin zorla övladlarını ailə qurmağa məcbur etməsi, eləcə də digər bu kimi problemlər ölkədə boşanma hallarının ildən-ilə artmasına səbəb olur. məsələ tək bununlada bitmir. ayrılan valideynlər övladları ilə kifayət qədər vaxt keçirə bilmir bunun nəticəsində də uşaqlar arasında xoşagəlməz vərdişlər yaranır.
“Uşaqlar mobil telefonlardan dah çox istifadə etdiyinə görə, valideynlə ünsiyyət qura bilmir. Lakin texnologiya dövürüdür. Bundan qorxmaq lazım deyil, o zaman ki, qədərində istifadə edilsin”,-deyə o qeyd edib.
Qeyd edək ki, 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 61 939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb.
Şahnun