Azərbaycan əhalisinin sayı 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 204 774 nəfərə çatıb.
Bu barədə STV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 48 408 nəfər və ya 0,5 faiz artıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil ediblər, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.