Belə bir tendesiya var ki, uzun illər siqaret çəkənlər belə bu siqaretdən azad olmaq istəyirlər. Bəs, azad olduqda hansı müddət sonra bu insanların ağ ciyəri təmizlənir? Həqiqətən, yoxsa elə ağciyər korlanmış vəziyyətdə qalır.
Bununla bağlı Uzman Torakal Cərrah Fəhmin Əmirova MedicalMedia.az-a açıqlama verib:
“Siqareti buraxdıqdan səkkiz saat sonra karbon səviyyəsi normallaşır. Bir həftə müddətində öskürək və digər əlamətlər geriləməyə başlayır. İyirimi dörd ay müddətində ürək xəstəliklərinə tutulma riski 50 faiz azalır. Hardasa beş-altı müddətində ürək xəstəliklərinə tutulma riski azalır. Ağciyər isə iyirmi ilə yaxın siqaret çəkmiş insan siqareti buraxdığında on ildən sonra ağciyər xərçənginə tutulma ehtimalı 10 il müddətinə tutulmadısa, aşağı yuxarı digər insanlarla bərabər olur”, – deyə o qeyd edib.
Şahnun