Sensorlar və süni intellektdən istifadə etməklə autizmli uşaqların emosiyalarını və stresini oyun vasitəsilə müəyyən edən robot sistemi hazırlanıb.
Sistem İstanbul Texniki Universitetinin mütəxəssisi Hatice Kösenin təşəbbüsü ilə ərsəyə gəlib.
Layihədə autizmli uşaqlarla “Kaspar” adlı uşağa bənzər robotla terapiya oyunları təşkil edilib və bu oyunlar zamanı uşaqların emosiyaları və stresi müəyyən edilib.
Nəticədə süni intellektin dəstəyi ilə fərqli sensorlardan alınan məlumatları emal edərək terapiya seansında robotla qarşılıqlı əlaqə zamanı onların duyğularını anlayıb.
Zeynəb Müzəffərli