Türkiyədə yüzlərlə azyaşlı qız ərə verilib

Türkiyədə yüzlərlə azyaşlı qız ərə verilib

gəlinlikdə qız

Türkiyədə hər il minlərlə uşaq 15 yaşında ana olur. Bunu Türkiyə Statistika İnstitutu açıqlayıb. Son günlər ölkədə 6 yaşlı qızın dini nikahla evləndirilməsi geniş müzakirəyə səbəb olub. Bu xəbərdən sonra, rəsmi məlumat ictimaiyyətə açıqlanıb.

Qeyd edilib ki, 2020-ci ildə Türkiyədə 117 nəfər 15 yaşdan kiçik uşaq ana olub. Ümumilikdə, həmin il ana olanların 8 min 271 nəfəri 18 yaşdan aşağı qızlar olub. Məlumatda bildirilib ki, 2001-ci ildə bu rəqəm 50 mindən çox idi. Bu illər ərzində say azalsa da, hələ də kiçik yaşlarda uşaqlar doğuma məcbur qalır.

Rəsmi xəbərə görə, ölkədə minlərlə qız uşağı istismar edilir. Fiziki və mənəvi zorakılığa məruz qalır.

Sevinc Hüseynova

oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO

Bu ölkə koronavirusdan qurtula bilmir

Hər iki nəfərdən biri boşanır? – SƏBƏB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *