Stenford Universitetinin bir qrup alimi yeni tədqiqat zamanı beynin indiyə qədər məlum olmayan maraqlı xüsusiyyətini üzə çıxarıb. Məlum olub ki, qəhvə baş-beyində neyronlararası əlaqələrə qeyri-adi təsir göstərir.
Ekspertlər tədqiqat çərçivəsində daim qəhvə içən adamların baş-beyninin fəaliyyətini 18 ay ərzində MRT-nin köməyi ilə müşahidə ediblər. Bu metod beynin müxtəlif şöbələri arasındakı əlaqələrdə qəhvə içilməsi ilə bağlı dəyişiklikləri aşkar etməyə kömək edib. Tədqiqatın nəticələrini təhlil edən alimlər müəyyən ediblər ki, orqanizmdə kofeinin konsentrasiyası az olduqda, baş-beynin motor və somatosensor şəbəkəsi arasında əlaqə yetərincə güclü olur. Kofeinin konsentrasiyası çox yüksək olduqda isə zəifləyir.
Mütəxəssislər qeyd edirlər ki, xarici qıcıqlandırıcıların xassələrinin müəyyən olunmasına somatosensor zona nəzarət edir. Bu, insana ağrını, temperaturu hiss etmək və cavab reaksiyası vermək imkanı verir.
Sevinc
Howdy! Do you know if they make any plugins to help with SEO?
I’m trying to get my website to rank for some targeted keywords
but I’m not seeing very good success. If you know of any please share.
Kudos! I saw similar blog here: Blankets