Təkrar emal olunmuş hazır qidalar ölümü tezləşdirir.
San – Paulo Universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qənaətə gəliblər.
Tədiqat nəticəsində məlum olub ki, Braziliyada 2019-cu ildə 30-60 yaş arası ölümlərin 57 mini emal olunmuş qidaların qəbulu ilə bağlı olub. Bu cür qidaları yeməyənlərinsə orta yaş dövrü 60-70-ə çatıb.
Qeyd edək ki, ultra emaldan keçən qidalarda süni əlavələr olur. Bu da ürək-damar, diabet, piylənmə, qaraciyər, böyrək xəstəlikləri yaradır.
Zeynəb