İnsanlara tütün deyil, qida lazımdır! Hal-hazırda tütün dünyanın 125-dən çox ölkəsində əkilir. Tütünün əkilib-becərilməsi üçün təxminən 4 milyon hektara qədər ərazi zəbt edilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son iclasında qlobal ərzaq böhranı, iqlim dəyişikliyi və koronavirus pandemiyasına dair mövzuların müzakirəsi zaman bildirilib.
Təşkilat müzakirədə 2023-cü il Ümumdünya Tütünsüz Gününə uyğun qlobal kompaniya elan edib.
ÜST elan edilmiş kampaniya ölkələri tütünçülük subsidiyalarını dayandırmağa çağırır.
İnsanların sağlamlığı naminə həmin ərazilərdə orqanizmə xeyirli qida məhsullarının yetişdirilməsi təklif edilib.
Mövzu ilə əlaqəli Səhiyyə TV olaraq hazırladığımız AĞCİYƏRİN XRONİKİ OBSTRUKTİV XƏSTƏLİYİ başlıqlı video verilişimizə baxa bilərsiniz