Sınıqlar və digər sümük zədələri adətən öz-özünə sağalırlar, amma böyük sahələrin sınığı zamanı onların bərpası üçün bədənin digər hissələrindən sümüyün götürülərək həmin nahiyəyə yerləşdirilməsi tələb olunur.
Yeni kəşf bu problemi aradan qaldırmağa kömək edə bilər.
Alimlərin fikrincə, bu texnologiya gələcəkdə çoxlu sayda insanı xilas edə bilər.
Tel-Əviv və Miçiqan universitetlərindən olan alimlər tərəfindən hazırlanmış maddə immunomodullaşdırıcı lifli hidrogel adlanır.
Hidrogel cərrahi əməliyyat yolu ilə sümükdə boşluq olan sahəyə yerləşdirilir və bir müddət sonra gel yeni təbii sümük toxuması ilə tamamilə əvəz edilir.
Zeynəb