Virtual oyunlardan xəstəliklərin müalicə vasitəsi kimi istifadə ediləcək.
Bununla bağlı Türkiyənin Atlas Universitetinin Fizioterapiya və Reabilitasiya mərkəzinin başçısı Hilal Denizoğlu Külli məlumat verib.
O bildirib ki, nəfəs darlığı, həddindən artıq bəlğəm ifrazı, infeksiyalar və tez-tez xəstəxanaya yerləşdirilən xroniki ağciyər xəstəliyi olan uşaqlar üçün yeni oyun hazırlanır. Bütün dünyada tənəffüs xəstəlikləri olan uşaqlar həyatları boyu hər gün bu tənəffüs müalicələrini tətbiq etmək məcburiyyətindədirlər. Buna görə uşaqlar üçün tapşırıqları yerinə yetirib xal qazanaraq qalib olmaq imkanı verən oyunlar layihəsinə start verilib.
Belə ki, oyunların dizaynında və mahiyyətində uşaqların nəfəs məşqlərinə yönəlik tapşırıqlar yer alacaq.
Mütəxəssis qeyd edib ki, bu layihə uşaqların müalicə prosedurlarından bezməməyi və onlara motivasiya üçün düşünülüb. Layihənin tətbiqi uşaqların müalicəyə bağlılığını artıracaq.
Sevinc Hüseynova