Fransada Versal Mərkəzi Xəstəxanası kiberhücuma məruz qalıb
Kiberhücuma görə məsuliyyəti bir qrup xakker öz üzərinə götürüb. Təsirli olan hücumdan sonra 6 xəstə bölgədəki digər xəstəxanalara yerləşdirilib.
Xəstəxana mərkəzinin elektron poçtla əlaqəsi də kəsilib. Hadisə ilə bağlı xəstələrin qəbulu məhdudlaşıb, böhran bölməsi yaradılıb və sözügedən halla bağlı aidiyyatı orqanlara şikayət edilib.
Zeynəb Müzəffərli