Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür davam edir.
Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər.
Ötən günlərdə olduğu kimi, aksiya zamanı istər sülhməramlılara, istərsə də BQXK-ya məxsus humanitar məqsədlə keçid etmək istəyən avtomobillərə maneəsiz keçid şəraiti yaradılıb.