Yeni Zenlandiyada Ali Məhkəmə 4 aylıq körpənin valideynlərinin körpə üzərində tibbi nəzarət hüququnu məhdudlaşdırıb.
Valideynlər körpəyə qan köçürülməsi zamanı qan verən donorların koronavirus əleyhinə peyvənd olunmasını əsas gətirərək imtina ediblər.
Körpə təcili ürək əməliyyatı olunmalıdır. Valideynlərin qan donorlarından imtina etməsi vəziyyəti çətinləşdirib.
Buna görə də, əməliyyat bitənə qədər körpənin tibbi nəzarət hüququ valideynlərdən alınıb.
Sevinc Hüseynova