Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramı (ÜSFH) COVID-19 pandemiyasından öyrənilmiş dərsləri müəyyən etmək və onlardan risk kommunikasiyası və icmalarla işlə bağlı gələcək fəaliyyətləri, xüsusilə də COVID-19 peyvəndlənməsinin təşviqinə dair müdaxilələri təyin etmək üçün Azərbaycanda icmalarla iş mövzusunda təlim keçirib.
STV xəbər verir ki, təlimin əsad məqsədi regional olaraq öyrənilmiş risk kommunikasiyası və icmalarla iş üzrə dərsləri nəzərə alaraq iştirakçılara bu imkanları yaratmaqdı.
Bundan əlavə təlim ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan əvvəl, müddətində və sonra ölkənin icma işi üçün potensialını gücləndirməkdir.
Həmçinin, təlim səhiyyə qurumları, ÜST və vətəndaş cəmiyyəti təşkilatları arasında peyvənd də daxil olmaqla profilaktik tədbirlərin qəbulunu və tətbiqini, həmçinin səhiyyədə fövqəladə hallara cəmiyyətin dözümlülüyünü artırmaq məqsədilə üçtərəfli əməkdaşlıq üçün strukturların, sistemlərin və bacarıqların yaradılması məqsədi daşıyır.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Resmi Site Türkiye’de Oynamak
- Букмекерские Конторы те Букмекерские Конторы а России, Топ Рейтинг Бк Для Ставок, Какие Лучше
- Las Mejores Aplicaciones Sobre Apuestas Deportivas Sobre México 2024
- Бесплатное Онлайн-казино » Играть теперь!