Uşaqlarda qusma hallarının səbəbləri – STV Xəbər

578

Körpə su qaytarırsa, bu hal ciddi problemin carçısı ola bilər

“Ağır travmalar da uşaqlarda qusma yaradır”

Uşaqlarda davamlı şəkildə qusma halı və iştahsızlıq yaşandığında valideynlər, xüsusilə analar ciddi qorxu yaşamağa başlayırlar. Hətta özbaşına dərman verənlərdə az deyil. Amma mütəxəssislər bu hala ciddi narazılıqlarını ifadə edilər. Həqiqətənmi uşaqlarda qusma, iştahsızlıq ciddi xəstəliklərdən xəbər verə bilər? Ətraflı zeynəb müzəffərlinin süjetindən öyrənək.

Uşaqlarda qusma tez-tez rast gəlinən hallardan biridir. Ələlxüsus körpələrdə baş verən bu hal daha çox narahatlıq doğurur. Son zamanlar yayılan virus infeksiyaları ilə də bağlı qusma halları da geniş yayılıb. Bəs qusma zamanı nə etmək lazımdır?

Aytən Ziyadova- pediatr-infeksionist

Həkimin sözlərinə görə, ağır travmalar da  davamlı qusmaya səbəb ola bilər. Bu halda uşaqlara özbaşına hər hansı preparat, iynə qəbulu icra edilməməlidir.

Uşaqlarda rast gəlinən iştahsizliq problemindən də danişan aytən ziyadovanin sözlərinə görə xüsusilə körpələrdə ürək qüsurlari  iştahsızlıq yarada bilər. Odur ki valideynlər diqqətli olmalidirlar.

Uşaqların immun sistemi zəif olduğu üçün hər hansı narahatlıq yarananda, zamanında həkimə müraciət vacibdir. Xüsusilə son günlər  yayılan virus infeksiyalarına gəlincə isə mütəxəssislər  aydan yuxarı uşaqların peyvənd olunmasını vacib hesab edirlər.

Zeynəb müzəffərli, səbuhi mustafayev, stv xəbər

5/5 - (1)
Söhbətə başla
Bizə yazın
Salam