Türkiyədə boşanmaların sayı artıb – Statistika 

450
bosanmalarins sayi turkiye

Türkiyədə boşanmaların sayı artıb. 


Türkiyə Statistika Təşkilatından verilən məlumata əsasən, ötən il evli cütlüklərin sayı 574 min 358-ə, boşanan cütlüklərin sayı isə 180 min 954-ə yüksəlib. Ötən ilə nisbətən evlənən cütlüklərin sayı 2 faiz artıb. Amma hər min nəfərə düşən nikahların sayında azalma müşahidə edilib. Belə ki, boşanmaların sayı əvvəlki ilə nisbətən 2,9 faiz çox olub.  


İlk nikah yaşı illər üzrə təhlil edilib. Hər iki cinsdə ilk nikah yaşının da artaraq kişilər üçün 28.2, qadınlar üçün isə 25,6 olduğu görülüb. 


Bundan başqa 2022-ci ildə 180 min 954 cüt boşanıb və 180 min 592 uşağa qəyyumluq verilib. Boşanma halları nəticəsində uşaqların qəyyumluğunun 75,7 faizi anaya, 24,3 faizi ataya verilib. 


Sevinc Hüseynova

Söhbətə başla
Bizə yazın
Salam