Böyük Britaniyada, Şotlandiya istisna olmaqla, ölkə daxilində minlərlə tibb bacısı gələn ay iki günlük kütləvi tətilə hazırlaşır.
Bu barədə Britaniyada tibb bacılarını təmsil edən RCN həmkarlar ittifaqı açıqlama verib.
Açıqlamada Şotlandiya istisna olmaqla, bütün ölkədə 15 və 20 dekabr tarixlərində iki günlük kollektiv tətilə qərar verildiyi qeyd edilib. Həmçinin tətilə qatılacaq tibb bacılarının təcili xəstələrə baxmağa davam edəcəkləri, lakin tətil çərçivəsində rutin sağlamlıq xidmətləri göstərə bilməyəcəkləri bildirilib.
https://www.bbc.co.uk/newsround/63532539
Zeynəb Müzəffərli