Təzyiqi dərmansız necə azaltmaq olar?

ABŞ-ın Braun Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma göstərib ki, zehinlilik təzyiqi azaltmağa kömək edir.

Tədqiqatda yüksək qan təzyiqi olan 200 insan iştirak edib. Onlar hər biri 100 xəstədən ibarət iki qrupa bölünüb. Birinci bölmə zehinlilik təliminə, ikincisi isə klassik müalicəyə göndərilib.

Müqayisə nəticəsində məlum olub ki, zehinlilik proqramı insanlara sistolik qan təzyiqini demək olar ki, 6 bal aşağı salmağa kömək edib. İkinci qrupda isə cəmi 1,4 bal azalma qeydə alınıb.

Əlavə təhlillər göstərib ki, birinci qrupdakı insanlar daha çox ürək üçün faydalı qidalar yeyir və aktiv həyat tərzi keçirirlər. Onlar, həmçinin stress səviyyəsinin aşağı olduğunu bildiriblər.

Zeynəb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *