TƏBİB əhaliyə göstərdiyi xidmətlərin sayını açıqlayıb

1072
0
TƏBİB

Cari ilin 11 ayı ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 40 277 004 xidmət göstərilib.

STV xəbər verir ki, bunu TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb:

“Həkimə gəlişlərin sayı 7 214 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub”.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

5/5 - (1)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam