Süni intelekt xəstəlikləri müalicə edəcək

1019
0
suni intellek hekimler

Süni intellektlərdən bəzi xəstəliklərin müalicəsində istifadə ediləcək.

Mütəxəssislərin fikrincə, tibdə uzun vaxt aparan analizlər, yüksək tənzimlənmiş spesifik bacarıqlar tələb edən proseslərin icrasında süni intellektin köməyi həkimlərin işini asanlaşdıra bilər. Dünyanın aparıcı xəstəxanalarından biri olan Mayo Klinikdə xəstələrə qulluq və həkim köməkçisi kimi işlərdə bu metod tətbiq ediləcək.

Süni intellektlər xüsusilə qastroenterologiya və hepatologiya sahəsində, qaraciyər sirozu və iltihablı bağırsaq kimi ümumi xəstəliklərin diaqnoz və nəticələrin yaxşılaşdırılmasına yönəldiləcək. Digər potensial tətbiqlərə endoskopik prosedurlar üçün praktikanın optimallaşdırılması, analiz vasitələrinin inkişafı, digər mədə-bağırsaq xərçənglərinin erkən aşkarlanmasına yönəlmiş innovasiyalar daxil ediləcək.

Oxu: Teymur Musayev nazirliyin son iclasını keçirdi

Sözügedən xəstəxanadan verilən məlumata görə, hələ süni intellektin səhiyyə xidmətinə ən yaxşı şəkildə necə inteqrasiya olunacağını müəyyən etmək çətindir. Çünki bu ilkin mərhələdir.

Sevinc Hüseynova

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam