Bayram günlərində Sumqayıt Tibb Mərkəzinin (STM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.
STM-dən Aztibb.az-a bildirilib ki, təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 2385, hospitalizasiya olunanların sayı isə 177 olub.
Çağırışların sayı ən çox 02.01.2023-cü il (çağırış sayı 498, hospitalizasiya olunanların sayı 39 olmaqla) və 04.01.2023-cü il (çağırış sayı 514, hospitalizasiya olunanların sayı 32 olmaqla) qeydə alınıb.