Sink pastillərin burun tıxanmasını 33 faiz, asqırmağı 22 faiz, öskürməyi isə təqribən 50 faiz nisbətində azaldır.
Araşdırmalarda əlamətlərin başladığı gündən etibarən gün ərzində 80 mg miqdarında qəbul edilən sink turşusu pastillərinin soyuqdəymənin müalicəsində təsirli olduğu məlum olub.
Mütəxəssislərin fikrincə, vitamin və minerallar qidalardan alınmalıdır. Lakin C vitamini kimi bəzi növləri yüksək miqdarda qəbul etmək üçün əlavə həblər daha təsirlidir.
Sink qəbulu ilə bağlı eyni hal keçərlidir. Sink pastilləri sink baxımından zəngin qida və həblərdən daha təsirlidir. Çünki sink təmasda olduğu yerdə təsirlidir. Buna görə də soyuqdəymə zamanı sink pastillərindən istifadə etmək effektiv ola bilər.