Sonsuzluğun müalicəsi mərkəzi açılıb

595

Mərkəz LIV BONA DEA hospitalinda fəaliyyət göstərəcək

Valideyn olmaq dünyada yaşanılan ən gözəl duyğulardan biridir. Amma bəzi şəxslər təəssüf ki, sonsuzluq səbəbilə buna nail ola bilmirlər. Bu məqsədlə ölkəmizdə sonsuzluğa son qoymaq üçün mərkəzlər yaradılır. Onlardan biri LIV BONA DEA hospitalında fəaliyyətə başlayacaq.

Ailə qurmaq, övlad sahibi olmaq hər kəsin arzusudur. Lakin bəzən elə də olur ki, hətta istəsən belə bu mümkün olmur. Son dövrlər dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluqdan əziyyət çəkən şəxslərin sayında artım müşahidə edilir. Bu məqsədlə mütəxəssislər, həkimlər yeni mərkəzlər yaratmağa çalışırlar. Belə ki, ölkımizdə sonsuzluğa son qoymaq üçün yeni mərkəzin açılış mərasimi olub. Yeni yaradılan mərkəz LİV BONA DEA hospitalında fəaliyyət göstərəcək.

Taner Özbek – baş direktor

Mutlu Ercan – Ginekoloq

Qeyd edək ki, mərkəzin açılış mərasimində həm də yüzlərlə ailənin içərisindən təsadüfi seçilən 3 ailəyə süni mayalanma və digər ginekoloji prosedurlar ödənişsiz hədiyyə edilib.

Zeynəb müzəffərli, Səbuhi mustafayev, STV xəbər

Söhbətə başla
Bizə yazın
Salam