Siqaret çəkmək qadağan olunur

680
0
Çox siqaret çəkmək

Meksikada ictimai yerlərdə siqaret çəkmək və tütün məmulatlarının reklamı qadağan olunub. Bu barədə “ВВС” məlumat yayıb.

Latın Amerikasının bir sıra digər ölkələri də ictimai yerlərdə siqaretin çəkilməsini qadağan edən qanunlar qəbul ediblər, lakin Meksika qanunvericiliyi Amerika qitəsində ən güclü və ən geniş qanunlar hesab olunur.

Meksikada 2008-ci ildə barlarda, restoranlarda və iş yerlərində siqaret çəkməyi qadağan edən qanun indi bütün ictimai yerlərdə tam qadağaya qədər genişləndirilib. Bura parklar, çimərliklər, otellər, ofislər və restoranlar daxildir.

Həmçinin tütün məmulatlarının reklamı, təşviqi və sponsorluğuna tam qadağa qoyulacaq, bu isə o deməkdir ki, siqaret hətta mağazalarda belə nümayiş etdirilə bilməz. Elektron siqaretlər də yeni məhdudiyyətlərə məruz qalıb.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam