Sidik axarı daşları kişilərdə qadınlardan çoxdur – Həkim-uroloq

1006
0
həkim-uroloqu Cavid İsayev

Məlumdur ki, genetik faktorlar, iqlim, qidalanma vərdişi, gündəlik maye qəbulu, bəzi dərman preparatları və bəzi xəstəliklər daşların yaranmasına təsir edir.

Sidik axarında olan daşların demək olar ki, hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır. Daşların yarısından çoxu sidik axarının son 1/3 hissəsində yerləşirlər. Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır (qanlı sidik). Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətilə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir.

Bu Video sizə daha maraqlı ola bilər

Uşaqlarda cinsi inkişaf necə gedir – Medical Meida Live

usaqlarda cinsi inkisaf

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Sidik Yolu İnfeksiyalari / Sidik Yollarinin İltihabi Xəstəlikləri / İnfeksion Xəstəliklər

Sidik Yolu İnfeksiyalari

Mingəçevir şəhər Mərkəzi xəstəxanasının həkim-uroloqu Cavid İsayev daha çox 30-60 yaş arasında kişilərdə qadınlara nisbətlə 3 dəfə artıq görülən sidik axarı daşları barədə məlumat verib. 

Həkim qeyd edib ki, anuriya 3 formada olur:

Xəstə tək böyrəkli olduqda;

Xəstənin hər iki sidik axarı daşla tutulduqda.

Bir axarın tutulmasına bağlı olaraq digər sidik axarının da refleks olaraq spazmı və tutulması;

C.İsayevin sözlərinə görə, ən çox kalsium daşları (okslat və ya fosfat) və daha az infeksiyalı daşlar, urat və sistin daşları görülür.

“Sidik axarı daşlarında ağrı, ürəkbulanma, qusma kimi şikayətlər ola bilir. Üst sidik axarı daşlarında ağrı yan tərəfdə olub, belə və qasıq bölgəsinə yayılır. Alt sidik axarı daşlarında ağrı bel və qasıq bölgəsi, xayalara vura bilir. Bununla yanaşı, sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə hissi ola bilir”, – deyə həkim bildirib.

Daş yaranmaya səbəb olan aşağıdakı risk faktorları vardır:

  • Sidik yolu infeksiyaları;
  • Böyrəkdəki anadangəlmə anomaliylar;
  • Böyrək xəstəlikləri olanlar;
  • Qidalanma vərdişi;
  • Normadan az maye qəbulu;
  • İsti iqlim qurşağı;
  • Bəzi dərman preparatları;
  • Bəzi bağırsaq xəstəlikləri;
  • Genetik faktorlar;
  • Keçirilmiş bağırsaq əməliyyatları;
  • Metabolik xəstəliklər.

Ultrasəs müayinəsi, KT və pieloqrafiya (vena daxili verilən preparatla böyrəyin müayinəsi) vasitəsilə sidik yolları və böyrəyin müayinəsi ilə diaqnoz qoyulur.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam