Şəkərli diabetin əlamətləri nələrdir? – Endokrinoloq 

Şəkərli diabetin əlamətləri nələrdir? – Endokrinoloq

barmaqdan qan analizi almaq

Şəkərli diabet – insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı orqanizmin karbohidrat, yağ və proteinlərdən lazımi miqdarda istifadə edə bilmədiyi daimi tibbi yardıma ehtiyac olan xroniki, metabolik pozğunluqdur.

Aztibb.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-endokrinoloqu Aygün Əliyeva məlumat verib.

Həkim bildirib ki, şəkərli diabetin səbəbi qanda insulinin hormonunun çatışmazlığı zamanı yaranmış qlükoza maddəsinin yüksək olmasıdır. Şəkərli diabetin əlamətlərini sadalayan Aygün Əliyeva xəstəliyin susuzluq, ağızda quruluq, tez-tez sidiye getmə, çəki itirmə, sidik yollarının infeksiyası, ayaqda ağrı və keyimə kimi göstəriclərlə özünü biruzə verdiyini deyib.

O, ciddi şəkildə pəhriz rejiminə əməl olunmasının vacibliyini vurğulayıb. Aygün Əliyeva şəkərli diabet xəstələrinə karbohidratların azaldılmasını, əsasən tərkibində şəkər olan ərzaq məhsullarının qida rasionundan cıxarıldılmasını və aktiv həyat tərzi keçirməyi məsləhət görüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

One thought on “Şəkərli diabetin əlamətləri nələrdir? – Endokrinoloq 

  1. Hello there! Do you know if they make any plugins to help with SEO?

    I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Thanks! I saw similar blog here: Eco product