ürkiyənin İstanbul şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) seminarı keçirilir.
Səhiyyə Nazirliyindən Sehiyyetv-yə bildirilib ki, hibrid formatda təşkil olunan üçgünlük tədbirdə CAREC ölkələri ilə regional yardım çərçivəsində həyata keçirilən fəlakət riskinin profilləşdirilməsi və risklərin ötürülməsi işləri təqdim olunacaq.
Beynəlxalq seminarda ölkəmizi Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov təmsil edir.
Müəllif: Səadət Məmmədova