Cüzam infeksiyası qaraciyəri iki dəfəyə qədər böyüdə bilər. Edinburq Universitetinin tədqiqatçıları yeni araşdırmanın nəticələrini açıqlayıblar. Heyvanlar üzərində aparılan təcrübələr cüzam xəstəliyinin bakteriyalarının
orqanizmin bərpasında rol oynaya biləcəyini aşkarlayıb. Xəstəliyi törədən MYCO-BAKTERİUM qeyri-adi xüsusiyyətlərə malikdir. Həmin bakteriyaya mütəxəssislər “bioloji kimyagər” adı veriblər. Çünki bədən toxumasını dəyişdirmək, çevirmək xüsusiyyəti olduqca, maraqlıdır. Tibb mütəxəssisi Anura Rambukkana bildirib ki, hüceyrə terapiyasını proqramlaşdırmaq vacibdir. Əks halda bakteriyanın bərpa xüsusiyyəti zərərli törəmələrə də səbəb ola bilər. Bunun üçün isə uzunmüddətli tibbi araşdırma tələb edilir.
Qeyd edək ki, cüzam insanda xroniki infeksion və sağalmayan xəstəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar. Xəstəliyin inkubasiya dövrü 5 ildən 55 ilə qədərdir.
Sevinc Hüseynova