Bir gündə insanın saçından 50-100-ə qədər tük tökülür. Amerika Dermatologiya Akademiyasının məlumatına görə, bu saç tökülməsi sayılmır.
Son 10 ildə aparılan araşdırmaya əsasən, bəzi xəstəliklər, stress amilləri, dərman qəbulu, hormonların balansızlığı saç tökülməsinə səbəb ola bilər.
Orqanizmdə protein, dəmir, sink, biotin çatışmazlığı da səbəblərdən sayılır. Mütəxəssislərin fikrincə, baş dərisində təxminən 80-120 minə yaxın tük olur. Hər bir saç folekulu 3 fərqli fazadan ibarət böyümə dövrü keçir. 2-7 il arasında davam edən anagen zamanı folekulun içindəki tüklər ayda təxminən 1 santimetr böyüyür. Qeyri-aktiv mərhələdə folekul saçlar tökülə bilər. Yenidən böyüməsi isə 4 aya yaxın vaxt ala bilər. Tədqiqatçılar bildirib ki, bu araşdırma saçların tökülməsinə qarşı aparılan müalicədə effektiv istifadə ediləcək.
Saç tökülməsinə səbəb olan əsas amillər
Hər saç telinin müəyyən yaşama müddəti vardır. Hər saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. Saçların bu formada tökülməsi normaldır və günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu say artırsa, yuylarkən ələ gələn saç miqdarı artıbsa ya da yuyub quruladıqdan sonra əllə çəkərkən hər dəfə 3-5 saç teli gəlirsə bu vəziyəti ciddiyə almaq lazımdır. Saç tökülməsi bir çox səbəbdən ola bilər.
Genetik faktorlar
Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50% dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər.
Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda xüsusi ilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər.
Düzgün Qidalanmamaq
Bildiyimiz kimi saç canlı bir orqandır və onun da qidalanması lazımdır. Tarazlı və düzgün qidalanmamaq, uzun müddətli ac qalmaq, tək növ qidalanma və karbohidratla zəngin qidalanma saçlara təsir edərək onların tökülməsinə səbəb ola bilər. Müalicəsi qidalanmanı düzəldərək mümkündür.
Vitamin və mineral çatışmamazlığı
Qidalanma problemi olmamasına baxmayaraq saç üçün vacib olan vitamin və mineralların qanda əksik olması saçı tökən başqa bir səbəbdir. Dəmir kimi vitamin və minerallar orqanizmdə azdırsa saç düzgün qidalanmır və tökülür. Bu elementlərin azlığı zamanı mütləq ixtisası üzrə həkimə yaxınlaşmaq lazımdır.
Dəridən qaynaqlanan problemlər
Dəri və digər daxili xəstəliklər də saç tökülməsinə səbəb ola bilər. Dəri səbəbindən rast gəlinən saç tökülmələrinin əsas səbəbi adətən dəridə olan xəstəliklər səbəbindən saç dərisinin zədələnməsidir. Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər də saç tökülməsinin artıran səbəblərdir. Bu tökülmələrin müalicəsi altda yatan səbəblərin müalicəsi ilə mümkündür.
Hormonal problemlər
Əgər şəxsdə hormonal problemlər varsa, aybaşı gecikmələri ya da düzənsizliyi, tüklənmənin artması, həddindən çox sızanaq, çəki almada sürətlənmə kimi əlamətlər varsa bunlara saç tökülməsi də qoşulubsa bu zaman hormonal saç tökülməsindən söhbət gedə bilər. Bu zaman da tsiklin müəyyən vaxtlarında hormonal analizlər verilərək dermatoloqa yaxınlaşmaq lazımdır.
Baxa bilərsiniz
Bəzi daxili xəstəliklər və dərman istifadəsi
Bəzi daxili xəstəliklər-qalxanabənzər vəzi xəstəlikləri və ya bu xəstəliklər üçün istifadə olunan dərmanlar, revmatizmal xəstəliklər, istifadə olunan hormanlar, arıqlama həbləri, böyrəküstü vəzi xəstəlikləri səbəb ola bilər.
Anidən saç tökülməsi başlayıbsa, son 3 ay əvvəl keçirilən əməliyat, yüksək hərarətli xəstəliklər, dərman toksikiliyi, qan itirilməsi, kəskin travma kimi vəziyətləri düşünmək lazımdır.
Doğum və kemoterapiya
Bütün bunlardan başqa, saç tökülməsinin iki xüsusi səbəbi var.
- Biri doğuşdan 2-3 ay sonra başlayan doğuşdan sonrakı tökülmələrdir. Hamiləlik dövründə tökülməsi lazım olan, ancaq tökülməyən saçların ani tökülməsindən qaynaqlanır. Bir mütəxəssisin nəzarəti altında ediləcək əlavələr bu mövzuda narahatlığın aradan qaldırılmasına kömək edir.
- Digəri kemoterapiya alan xəstələrdə saç tökülməsidir. Son illərdə daha müasir dərmanların istifadəsi ilə bu tökülmələr daha az yaygındır, lakin müalicə başa çatdıqda öz -özünə sağalmağa meylli bir vəziyyətdir.
Kosmetik təsirlər
Artan kosmetik vərdişlər mexaniki, kimyəvi və fiziki saç tökülməsinə səbəb olan digər amillərdir. Başqa sözlə, saçları möhkəm bağlamaq, daxili başlıqlar, həddindən artıq istiyə məruz qalan qurutma prosesləri, saçları yüngülləşdirmək üçün istifadə olunan boyalar, işıqlandırıcılar, düzləşdirmə üsulları saçları kənardan zədələyərək saç tökülməsinə səbəb olur. Bu vəziyyətdə yeganə müalicə saçların bu tətbiqlərə məruz qalmamasını təmin etməkdir. Saç üçün lazımi möhkəmləndirmə və qulluq proseslərinin tətbiqi, arzu olunan görünüşün yenidən əldə edilməsini təmin edir.
Stress və depresiya
Həddindən artıq stres hər hansı xəstəlikdə olduğu kimi saç tökülməsinin başqa bir səbəbidir. Depressiya, narahatlıq, psixoz və müalicəsində istifadə edilən dərmanlar saçları təsir edə və tökülməsinə səbəb ola bilər.
Saç, gündəlik həyatda qısa müddətdə bir çox faktordan təsirlənə bilən canlı bir orqandır. Şəxsin həyatında bir şey səhv olarsa, bu məlumatlar işığında, insan əvvəlcə özünü ölçməli və sonra lazım gələrsə bir dermatoloqdan kömək istəməlidir. Çünki bu mövzuda ətrafdan gələn yanlış istiqamətlər və qulaqdandolma məlumatları xəstələrin vaxt itirməsinə səbəb ola bilər. Əsas səbəb varsa, diaqnoz və müalicə gecikdirilə bilər. Bundan əlavə, saç tökülməsinin və saçların uzanmasının qarşısını almaq düşüncəsi ilə şüursuz şəkildə tətbiq olunan maskalar və qarışıqlar saçlara daha çox zərər verərək geri dönməz zərər verə bilər.
Sizin üçün seçdiyimiz daha maraqlı məqaləmizi oxuyun: Təzyiqi dərmansız necə azaltmaq olar?