Saakaşvilinin bədənində zəhərli maddə aşkarlanıb

1181
0
saakashviri georgia

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb.

Məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb. Bildirib ki, dırnaq analizinin cavabı hələki açıqlanmayıb, lakin telefon danışığı zamanı daha bir zəhərli maddə – arsenium aşkarlandığı bildirilib.

Toksikoloji analizlərin yekun cavabının ABŞ-dan göndəriləcəyi bildirilib. Gürcüstanın insan haqları müvəkkili Nino Lomcaria da bu gün Mixeil Saakaşvilini Tbilisidə müalicə aldığı klinikada ziyarət edib. O, jurnalistlərə açıqlamasında Saakaşvilinin səhhətindəki problemlərlə şəxsən tanış olmaq istədiyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin saç nümunələrinin analizi zamanı civə, barium və bismut kimi zərərli maddələrin aşkarlandığı açıqlanıb.

oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO

Bu ölkə koronavirusdan qurtula bilmir

Hər iki nəfərdən biri boşanır? – SƏBƏB

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam