Anemiya və ya qan azlığı xəstəliyi qan dövranında olan qırmızı qan hüceyrələrinin sayında azalma olduqda meydana gəlir. təxminən dünya əhalisinin 24.8% -nin əziyyət çəkdiyi anemiyayaya məktəbəqədər uşaqlarda sıx rast gəlinir. bir çox növü olan bu xəstəliyi yaradan səbəblər də müxtəlifdir. onlardan ən geniş yayılmışı isə pəhrizdir.
SEVİNC ZEYNALOVA- TERAPEVT
Həkim Zeynalovanın sözlərinə görə həkim məsləhəti olmadan qəbul edilən dərmanlar xəstəyə kömək etmək əvəzinə fəsad yarada bilər. odur ki diqqətli olmaqda fayda var.
Xəstəyə qan köçürülməsi məsələsinə gəlincə isə Sevinc Zeynalovanın sözlərinə görə buna həkim qərar verməlidir. Qan azlığından əziyyət çəkənlər qida rasionunda itburnu, böyürtkən, qara qarağat, çuğundur, sütül qoz, qara gavalı, qara kişmiş, qarabaşaq kimi təbii vitamin və dəmir deposu hesab edilən bitkilərin qəbuluna üstünlük verilməlidir.
Zeynəb Müzəffərli, Həsənağa Dadaşov, STV xəbər