Prostat vəzi kişilərin daxili cinsiyyət orqanı olub, sperma mayesi ilə qarışan şirənin sintezində mühüm rol oynayır. Prostat xəstəliyi hər 3 kişidən birində inkişaf edir. Xüsusəndə bu xəstəlik orta yaşlı kişilər arasında geniş yayılıb.
Uroloq Elbəyi Daşdəmirli MedicalMedia.az-a açıqlamasında bildirib ki, prostat əməliyyatları hər xəstəyə icra oluna bilməz.
“Bunun xüsusi göstərişləri var. Əgər xəstədə yazılan dərmanlar müalicədə effect görmürsə, sidiyə getmirsə, bu zaman əməliyyat tövsiyə edirik”,-deyə o qeyd edib.
Şahnun