DÜNYA ƏHALİSİNİN 15 FAİZİ BAŞ AĞRILARINDAN ƏZİYYƏT ÇƏKİR
“ AYDA 15 DƏFƏ TUTARSA, BU CİDDİ XƏSTƏLİYİN DƏ CARÇISI OLA BİLƏR”
İnsanın keçirdiyi narahatlıqlar arasında geniş yayılmış baş ağrılarından danışacağıq. Mütəxəssislər bildirir ki, son zamanlar baş ağrılarından əziyyət çəkən insanların sayı artıb. Baş ağrısı deyəndə ağlımıza ilk migren gəlir. Hər baş ağrısı migren əlamətidir? Ya başqa xəstəliklər səbəbilə də yarana bilər?
Başda yaranan ağrılar arasında ən geniş yayılmış gərginlik tipli və migren ağrılarıdır. Alqoloq Şahin Əzizov STV-yə müsahibəsində yayılmış baş ağrılarından danışıb. Onun sözlərinə görə dünya əhalisinin 15 faizi baş ağrılarından, xüsusilə migrendən əziyyət çəkir.
Həkimin sözlərinə görə bəzən gərginlik tipli baş ağrısını miqrendən ayırmaq çətin ola bilər. Bəzi insanlar həm miqren, həm də gərginlik tipli baş ağrılarını birlikdə yaşaya bilərlər.
Həkim sonda bildirdi ki, baş ağrısı üç ay ərzində ayda 15 və ya daha çox gündə baş verərsə, bu, başqa ciddi xəstəliklərdən xəbər verə bilər. Buna görə də həkim müayinəsi vacibdir.
Zeynəb Müzəffərli, Səbuhi Mustafayev, STV xəbər