Masallıda baş həkimlər niyə həbs olunur?

816
0
baş həkimi Eşqin Əliyev

Xəbər verdiyimiz kimi, dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb.

STV xəbər verir ki, Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.

Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında Rasim Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi – 2021-ci ilin noyabrında işdən çıxarılıb. Bu vəzifəyə isə gənc kadr Eşqin Əliyev təyin edilib. Təyinatdan 1 il sonra, yəni bu ilin dekabrında isə E.Əliyev korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. /Qafqazinfo


həkim Eşqin Əliyev
masalli hekimler korrupsiya
masalli hekimlerin korrupsiya hallari

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam