KTM-in Travmatologiya şöbəsinə bir ayda 832 nəfər müraciət edib

954
0
ktm

Son bir ayda icbari tibbi sığorta çərçivəsində Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə 832 nəfər müraciət edib. Müraciət edənlərdən 132 nəfər stasionar, 700 nəfər isə ambulator müalicə alıb.

Travmatologiya şöbəsi Mərkəzin III korpusunun I mərtəbəsində yerləşir. Travmatologiya şöbəsində stasionar müalicə üçün 70 çarpayı mövcuddur.

Hazırda bu şöbədə 42 tibb işçisi fəaliyyət göstərir. Onlardan 6-sı həkim, 20-si tibb bacısı, 16-sı kiçik tibb işçisidir.

Şöbənin həkimləri tərəfindən çiyin qurşağı, bazu, dirsək, said, bilək, əl, çanaq, bud, diz, baldır, ayaq sümüklərinin sınıq və çıxıqlarının müalicəsi, kilidli intramedulyar, ekstrakortikal cərrahi əməliyyatları, İlizarov aparatı ilə, endoprotezləşmə, artroskopiya və s. cərrahi əməliyyatları aparılır. Həmçinin ətrafların anadangəlmə, qazanılmış, postravmatik deformasiyaların cərrahi müalicəsi müvəffəqiyyətlə həyata keçirilir. Artroz və artritlərin konservativ müalicəsi icra olunur.

Məlumat üçün bildirək ki, digər şöbələrimizdə olduğu kimi burada da xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcuddur. Bu xidmətlərdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər. 

5/5 - (1)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam