Moskvada COVID-19-a yoluxma halları bir həftə ərzində 30 faiz artıb.
Şəhərdə xəstələrin sayı sentyabrın ortalarından bəri ilk dəfə olaraq artım nümayiş etdirib.
Belə ki, noyabrın 7-dən noyabrın 13-dək paytaxt rayonunda 6 min 063 nəfərdə , oktyabrın 31-dən noyabrın 6-dək isə 4 min 655 nəfərdə yoluxma faktı aşkar edilib.
Xəstəlikdən ölüm halları da artıb. Ötən həftə 81 ölümləə müqayisədə son yeddi gündə COVID-19-dan 84 xəstə vəfat edib.
Qeyd edək ki, bölgədə koronovirusdan sağalanların sayı da azalıb.
Zeynəb