Onurğa beyninin elektriklə stimullaşdırılması insult keçirmiş insanlarda qolu və əlləri idarə etmək qabiliyyətini dərhal bərpa edir. Bununla bağlı amerikalı alimlət tədqiqat aparıblar.
Pittsburq Universitetinin araşdırmaçıları onurğa implantlarının yalnız iki nəfərdə sınaqdan keçirildiyi üçün daha çox tədqiqata ehtiytac olduğunu bildirirlər.
İnsult beyində qan tədarükünü pozur və beyin hüceyrələrinin ölümünə səbəb olur. Bu zaman hərəkət etmək istəyi qalsa da, beyindən gələn təlimatlar zəif olduğuna görə hərəkət baş vermir.
Alimlərin sözlərinə görə, elektrik stimulyasiya sinirləri həyəcanlandırır və onlar artıq cavab vermək üçün reaksiya verirlər. Bununla insult keçirmiş insanların özbaşına hərəkət edə bilməsi mümkün ola bilər.
Sevinc Hüseynova