İldə 5 milyon insan tənbəllikdən ölür

1316
0
sleeping lazy girl

İldə 5 milyon nəfər hərəkətsiz həyat tərzinə görə ürək-damar xəstəlikləri qazanaraq həyatını itirir.

Bu, həm də Avropada ildə 80 milyard avronun səhiyyəyə xərclənməsinə səbəb olur. İtaliyada aparılan araşdırmaya görə,fiziki aktiv həyat tərzi keçirən insanlarda ürək-damar xəstəliklərinə görə ölüm riski daha azdır. 39 min insanı izləyəyib hazırlanan tədqiqat fiziki hərəkətlərin ürəyə təsirini öyrənib. Burada yaş və cins kimi faktorlar da nəzərə alınaraq şəxsi aktivlik məlumatı hazırlanıb. Norveçin Trondheim Elm və Texnologiya Universitetinin araşdırmasına əsasən, gəzmək, üzmək, rəqs və velosiped sürmək kimi fikizi aktiv kişilərdə bu xəstəliklərdən ölmə riski 17 faiz, qadınlarda isə 23 faizdir.

Finlandiyanın Oulu Universitetinin 12 il ərzində 2500 insanı tədqiq etdiyi hesabatda isə qeyd edilir ki, bağçada işləmək, balıq tutmaq, gəzmək, velosiped sürmək kimi orta sürətli işlər ürəyi qoruyur.

Sevinc

Tənbəllik mövzusunda televiziyamızın hazırladığı ” Tənbəlliyə Necə Qalib Gəlmək Olar? Bəhanələrə Yox!!! “ başlıqlı videonu maraqla izləyə bilərsiniz

Tenbellik

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam