Hər gün saçların yuyulmasının sağlamlığa zərəri, yaxud faydası haqqında alimlər araşdırma aparıb.
Belə bir fikir yayılıb ki, şampun və su, xüsusən isti su saçları və baş dərisini zədələyir.
Mütəxəssislərsə bildirir ki, bu barədə hələki elmi sübut yoxdur. Əsas zərər saçlar üçün yuyucu və qulluq vasitələrinin səhv seçilməsindən olur.
“Əgər zərərli şampun, gel istifadə olunsa, hər gün baş yumaq dərinin səthindəki protein və lipidləri yuyub apararaq, təbii bioplyonkanın, başın baryerinin pozulmasına səbəb olacaq”,- deyə tibb alimləri əlavə edib.
Həkimlər bildirir ki, saçları məhv edən digər amil saraldılması, rənginin açılması, rənglənmə və isti fendir.
Qeyd edək ki, tibb mütəxəssisləri məsləhət görür ki, hamamdan çıxan kimi saçları burub büküb dəsmal altında sıxmaq beyin fəaliyyətinə zərərlidir. Çünki, yaş saçlar daha tez zədələnir.
Zeynəb Müzəffərli