Hansı uşaqlar zəkalı hesab olunur?

Üstün zəka anlayışı son dərəcə mübahisəlidir. Nevroloqlar və neyropsixoloqların sözlərinə görə, yalnız orta səviyyədən yüksək İQ göstəriciləri olan uşaqları üstün zəkalı saymaq olar. Pedaqoqların fikrincə isə, bu təsbitin əhatə dairəsi daha geniş olmalı və bir çox sahələrdə bacarıq və qabiliyyət nümayiş etdirən uşaqlar da bu kateqoriyaya aid edilməlidirlər.