Hamilə qadına görə təyyarə eniş etdi

1103
0
təyyarə

Barselona şəhərinin hava limanına təcili eniş edən təyyarədən 28 nəfər sərnişin qeyri-qanuni İspaniyaya daxil olub.

Belə ki, hamilə qadında yaranmış sancılara görə pilot məcburi eniş edib. Təyyarədən eniş edilən hava limanına xəbər göndərilib. Bundan sonra hava limanında 2 polis maşını, 1 təcili yardım maşını hazır vəziyyətdə hamilə qadını gözləyib.

Personal qadına yardım edərkən, təyyarədə olan 28 sərnişin qaçmağa cəhd edib. Onlardan 14-ü anındaca polis tərəfindən saxlanlıb. Digər 14 nədər isə qaçmağı bacarıb. Hazırda həmin ərazidə polis qaçan miqrantların axtarışını davam etdirir.

Xəstəxanaya aparılan hamilə qadında isə müayinə zamanı hər hansı doğuş əlamətləri olmadığı aşkarlanıb. Həmin qadın rəsmi qurumları aldatmaq və ictimai asayişi pozmaq ittihamı ilə həbs edilib. 

Sevinc Hüseynova

oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO

Bu ölkə koronavirusdan qurtula bilmir

Hər iki nəfərdən biri boşanır? – SƏBƏB

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam