Hacı Şahinin ölüm səbəbi bilindi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün ürəktutmadan dünyasını dəyişən Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib.
Sfera.az-ın məlumatına görə, şeyxülislam sosial şəbəkə hesabında aşağıdakıları qeyd edib.
“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, Allah rəhmət eləsin. Ruhu şad olsun”, – Allahşükür Paşazadə qeyd edib.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed