İnsanlar vaxtlı-vaxtında həkim müayinəsində olmadıqları üçün bir sıra xəstəliklərdə gecikmiş şəkildə həkimə müraciət edirlər və bu da gecikmiş xəstəlik diaqnozu ilə nəticələnir.
Son zamanlar gizli infarkt keçirənlərin sayında çoxalmala və cavanlaşmanın da səbəblərindən biri budur. Kardioloq Cəmil Babayevin sözlərinə görə bu hətta 20-25 yaşında gənclərdə də ifarkt keçirirlər.
Əslində infarkta qədər xəstədə bir sıra simptomlar olur sadəcə buna diqqətsiz yanaşıldığından nəticə qaçılmaz olur. əsas məslə özəlliklə valideyinlərdə olan xəstəliklərə diqqət yetirmək lazımdır.
Enerji içkilərinin ürəkdə aritmiya yaratması məsləsinə gəlincə isə həkimin sözlərinə görə enerji içkiləri ürəkdəki digər problemləri də stimulyasiya edib ortaya çıxara bilir. aritmiyalara gəlincə isə bu hansısa xəstəliyin nəticəsi də ola bilər.
Dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən həyatını itirir və təəssüf ki, bu xəstəliklərdən ölənlərin sayının ildən-ilə artır. həkimlər isə bir daha xəbərdarlıq edir. Çalışın ki, sağlamlığınızın, xüsusən də ürəyinizin qeydinə qalın.
Zeynəb Müzəffərli