Gəncədə özünü körpüdən atmaq istəyən qadını polislər xilas ediblər.
“STV xəbər”in məlumatına görə, Gəncə çayı üzərindəki körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T.Abdullayevadır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı saytımıza açıqlama verib:
“Həmin ərazidə xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıb, onunla profilaktiki söhbətlər aparıblar.
İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib.
Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”.