Bütün dünyada olduğu kimi, Azərbaycanda da filtirlənmiş sulardan geniş şəkildə istifadə olunur. Bəs insanlara filtirlənmiş təmiz su adı ilə təqdim olunan bu sular nə qədər kefiyyətlidir və insan orqanizmi üçün zərərli tərəfləri varmı?
Mövzu barədə Faktmedia.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu gün Azərbaycan əmtəə bazarında bir litrinin qiyməti 40 qəpikdən 6 manata qədər olan sular mövcuddur:
“Əgər bunlar hamısı H2O-dursa, qiymətlər nə üçün bu qədər fərqlənir? Biznes qurumları suyun qeyri-adi xüsusiyyətlərə malik olmasından istifadə edirlər. Bəzi hallarda təmzilənməmiş sular, təmizlənmiş su adı altında satılır. Bununla bağlı da şikayətlər daxil olur. Düşünürəm ki, AQTA-nın bu sahədə gördüyü işlər çox əhəmiyyətlidir”.
Professor Adil Qeybulla isə hesab edir ki, Abşeron yarmadasını su ilə təchiz edən mənbələr standartlara yetərincə cavab vermir:
“Bioloji süzgəclərin özləri sovet vaxtından mövcud olanlardır və indi istifadə edilmir. Ermənistan ərazisində olan müxtəlif zavodlardan atılan tullantılar Araz çayı hövzəsində axıdılırdı. Bu sular da sonda gəlib Kürə qovuşurdu. Aparılan tədqiqatlar göstərir ki, burada fenol, amoniak və.s çoxsaylı zərərli maddələr var”.
Həkim onu nəzərə çatdırıb ki, xlorla dezinfeksiya aparılmasına baxmayaraq, filtirlənmiş sular içməli su baxımından daha çox faydalıdır:
“Filtirlənmiş sularda mineralların miqdarı yetərincə qalır və suyun özünün əlavə qatqılardan təmizlənməsi maksimum həyata keçirilir. Əgər ölkədə filtirlənmiş su kimi təqdim olunan sular düzgün şəkildə filtirasiya olunubsa bu sular orqanizm üçün daha təhlükəsizdir”.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)